Düşmənlə yataqda (film, 1991)
«Düşmənlə yataqda» (ing. Sleeping with the Enemy) — 1991-ci ilin psixoloji triller filmi. Rejissoru Cozef Ruben olan və baş rollarda Culiya Roberts və Patrik Berginin çəkildiyi ABŞ filmidir.
Lora və Martin dördüncü ildir ki, evlidirlər. Xoşbəxt və şanslı həyat yoldaşlarına bənzəyirlər. Ancaq xarici əmin amanlıqın arxasında heç xoşbəxt bir münasibət dayanmır. Martin uzun illərdir ki, Loranı kiçik qanun pozuntularına görə döyərək cəzalandırır, buna, həm qonşusuna Loranı qısqanmağı, həm Loranın pedantik tələblərə tam riayət etməməsi və s. səbəb olur. Neçə illər dözüb heç nə edə bilməyən Lora, bir gün dənizə çıxan zaman öz ölümünü saxtalaşdıraraq evdən qaçır. O, Ayova ştatında bir şəhərcikdə məskunlaşaraq həyatını təzə adla, təzə səhifə ilə başlayır.